ABŞ İsraillə Livan arasında görüşü gələn həftəyə planlaşdırır

08:45 10.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Dövlət Departamenti gələn həftə İsrail və Livan nümayəndələri arasında mümkün atəşkəsi müzakirə etmək üçün görüş keçirməyi planlaşdırır.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindəki mənbə məlumat yayıb.

Daha əvvəl İsrailin Baş naziri Benjamin Netanyahu Livanla birbaşa danışıqlara başlanılması barədə göstəriş verdiyini açıqlamışdı. O, həmçinin Livandakı “Hizbullah” təşkilatının tərksilah edilməsinin və münaqişənin “mümkün qədər tez” həll olunmasının vacibliyini vurğulamışdı.

“Axios” portalının məlumatına görə, danışıqların gələn həftə Vaşinqtonda baş tuta biləcəyi gözlənilir./“Reuters”/